IQ Option – Broker şirkəti haqqında məlumat 2024

4.7 / 5
5

IQ Option treydinq platformasının qısa vaxt ərzində bu qədər sürətlə inkişaf etməyinin səbəbi treyderlərə yeni və inanılmaz məhsullar təklif etməsidir. Bundan əlavə, sözügedən şirkət özünəməxsus patentləşdirilmiş platformadan istifadə edir və bu platforma onlayn treydinq sənayesində gördüyünüz heç bir platformaya bənzəmir. Kipr qiymətli kağızlar və birja üzrə komissiyası (CySEC) tərəfindən tənzimlənən IQ Option şirkəti treyderlərin onlayn treydinq fəaliyyətlərini həyata keçirmələri üçün təhlükəsiz və etibarlı treydinq mühiti təmin edir.

Ümumi məlumat

IQ Option 2013-cü ilin ortalarında təsis edilən aparıcı broker şirkətlərdən biridir. Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, IQ Option onlayn treydinq sənayesində sürətlə inkişaf edən onlayn broker şirkətlərdən biri kimi nüfuz qazanmışdır. Brokerin hazırda 25 milyon aktiv hesab sahibi var və bu sayın dayanmadan artdığı deyilir. IQ Option maliyyə alətləri üzrə onlayn treydinq xidmətləri təklif edir. Opsionlar, Forex, bazar indeksləri (ETF).

Üstünlükləri və çatışmazlıqları

Üstünlükləri:

Aİ-nin maliyyə alətləri bazarı üzrə direktivinə (MiFID) uyğundur: IQ Option şirkəti CySEC yurisdiksiyası çərçivəsində fəaliyyət göstərən Kipr İnvestisiya Firmasıdır (CIF). Bu isə o deməkdir ki, adı çəkilən broker şirkəti MiFID-in bütün şərtlərinə riayət edir.

Patenləşdirilmiş treydinq platforması: Patentləşdirilmiş treydinq platformasına malik olan IQ Option şirkəti, treyderlərin ehtiyaclarına cavab vermək üçün platformanı mükəmməl şəkildə qurmuşdur və onun düzgün istiqamətdə inkişafına nəzarət edir.

Çevik hesab açmaq imkanı: IQ Option-da canlı treydinq hesabı açmaq üçün minimum depozit cəmi 10 USD/GBP/EUR təşkil edir. Əməliyyatlar minimum $1 yatırım ilə həyata keçirilə bilər.

Demo hesab yaratmaq mümkündür: IQ Option real pul vəsaitləri yatırmadan platformanı sınaqdan keçirmək istəyən istənilən şəxs üçün demo hesab yaratmaq imkanı verir. Demo hesabda aktiv treydinq hesabında tapa biləcəyiniz hər bir şey mövcuddur. Yeganə fərq real pul əvəzinə virtual pulla treydinqlə məşğul olmaq imkanıdır. Treydinq platformasını sınaqdan keçirməkdən başqa, treydinq bacarıqlarınızı inkişaf etdirmək üçün də demo hesabdan istifadə edə bilərsiniz.

Treydinq yarışları: IQ Option tez-tez cüzi miqdarda iştirak haqqı və əhəmiyyətli miqdarda pul mükafatları olan treydinq yarışları keçirir. Brokerin bu yanaşması ona treydinq rəqabətinə cəlb olunan və hədiyyə qazanan həvəsli müştərilərin etibarlı bazasını yaratmağa kömək etmişdir.

Çatışmazlıqları:

Yalnız bir standart növ treydinq hesabı: Hal-hazırda IQ Option cəmi bir növ treydinq hesabı təklif edir və bu hesab treydinq işində bütün yanaşmalara uyğundur.

Məhdud tədris resursları: IQ Option internet səhifəsində olan tədris materialları yalnız treydinqlə bağlı videolardan ibarətdir.

IQ Option-da treydinq üçün şərait

Treydinq şərtləri baxımından IQ Option onlayn treydinq sənayesində ən yaxşı şərtlərə malikdir. Cəmi $10 məbləğində minimum depozit tələbi ilə yanaşı, bu broker CySEC tərəfindən tənzimlənir. Bu isə o deməkdir ki, pul vəsaitləriniz təhlükəsiz əllərdədir, çünki onlar brokerin özünün əməliyyat fondlarından ayrıca hesablarda saxlanılır. Bundan əlavə, CySEC-nin tənzimləmə tələblərinə əsasən broker müqavilə tələblərini yerinə yetirmək üçün hər zaman kifayət qədər likvidliyi təmin etməlidir.

Bu, IQ Option-ın maliyyə əməliyyatları sənayesində ödənişlər üzrə ən böyük treydinq brokeri olma səbəbini izah edir. Təkcə 2017-ci ildə broker treyderlərə hər ay orta hesabla $10 milyon pul vəsaiti ödəmişdir.

CySEC tərəfindən tənzimlənən broker kimi pul vəsaitləriniz maksimum 20000 avro həcmində İnvestor Kompensasiya Sxemi çərçivəsində qorunur.

Treydinqə cəlb olunan aktivlər

IQ Options baza aktivləri üzrə 7 fərqli aktiv sinfi təklif edir. Onlar valyuta cütlükləri, əmtəə, kriptovalyutalar, birja fondları, bazar indeksləri, opsionlar və hissələrdən ibarətdir. Ümumilikdə IQ Option treydinqlə məşğul olmağınız üçün 364 müxtəlif növ maliyyə alətinə sahibdir. Buraya daxildir:

Kriptovalyutalar: Burada treydinq üçün 15 növ kriptovalyuta mövcuddur və onlar arasında Bitcoin, Ethereum, Litecoin və s. var.

Səhmlər: Buraya NYSE və NASDAQ fond birjalarında olan bir çox uğurlu şirkətlərin səhmləri daxildir. Ümumilikdə 168 şirkətin səhmləri ilə əməliyyatlar həyata keçirmək olar.

Opsionlar: Burada binar, rəqəmsal və FX opsionları ilə treydinqlə məşğul ola bilərsiniz. Binar və rəqəmsal opsionların yalnız peşəkar müştərilər üçün əlçatan olduğunu unutmayın.

Forex: Forex treyderlərə 93 forex cütlüyü üzrə 30 qat kredit çiynindən istifadə etmək imkanı verir.

İndekslər: İndekslər vasitəsilə Dow Jones, S&P, FTSE daxil olmaqla, ABŞ, Avropa, Asiya və Avstraliyanın ən məşhur 11 fond bazarında treydinqlə məşğul ola bilərsiniz.

Əmtəə: Fərq müqavilələri (CFDs) qismində qızıl, neft, təbii qaz daxil olmaqla, 6 əmtəə üzrə treydinq əməliyyatları həyata keçirməyə imkan verir

Bazar indeksləri (ETFs): ETFs-dən istifadə sayəsində, 21 indeks, əmtəə və aktiv səbətləri izləyən birja əmtəə qiymətli kağızlarının treydinqi üzə 5 qata qədər kredit çiynindən istifadə edin.

Treydinq platforması

Əksər onlayn treydinq brokerləri treydinq platformaları üçün üçüncü tərəflərin həllərindən istifadə etdikləri halda, IQ Option fərqli üsuldan istifadə etməyi üstün tutur. Bunun əvəzində bu broker bu sahədə mövcud olan heç bir platformaya bənzəməyən onlayn treydinq platforması yaratmışdır. Bu günə qədər IQ Option tərəfindən hazırlanan treydinq platforması ən innovativ və istifadəsi olduqca asan olduğu üçün bir neçə mükafat qazanmışdır.

IQ Option tərəfindən hazırlanan treydinq platforması həm Windows-əsaslı kompüterlər, həm də Mac kompüterlərində çalışır. IQ Option həmçinin smartfondan istifadə edərək treydinqlə məşğul olmaq istəyən treyderlər üçün treydinq platformasının mobil telefon üçün optimallaşdırılmış versiyasını hazırlamışdır. Mobil telefon üçün treydinq proqramını smartfonun əməliyyat sistemindən asılı olaraq Apple App Store və ya Google Playstore-dan endirmək mümkündür.

Treydinq hesabının növləri

IQ Option iki növ hesab təklif edir. Standart hesab və demo hesab. Hər iki treydinq hesab növünə daxil olmazdan əvvəl qeydiyyatdan keçmək tələb olunur. Birinci halda depozit qoymaq və ya pul vəsaiti çıxarmaq üçün şəxsiyyətinizi və ünvanınızı təsdiq etməyiniz tələb olunur. Buna baxmayaraq, demo hesabı aktiv treydinq hesabına çevirmək olduqca sadə prosesdir, çünki sadəcə bir qədər real pul vəsaitinin hesaba yatırılması tələb olunur.

IQ Option istənilən şəxsin treydinq hesabı üçün qeydiyyatdan keçməsinə imkan verir. Qeydiyyat formasını doldurmaq ilə yanaşı, Facebook və ya Google Plus hesablarınızdan istifadə etməklə IQ Option-un internet səhifələrinə daxil ola bilərsiniz.

Depozitlər və pul çıxarmaları

IQ Option bir neçə ödəniş üsulunu dəstəkləyir. Aşağıda adı çəkilən üsullardan istifadə edərək hesaba depozit qoya və ya hesabdan pul vəsaitləri çıxara bilərsiniz: Bank ilə köçürmə, Boleto, CashU, Credit Card, Fasapay, iDeal, Neteller, Qiwi, Skrill, WebMoney.

Əvvəllər hesabdan pul vəsaitinin çıxarılması 3-4 iş günü ərzində mümkün olurdu. Ancaq indi IQ Option hesabdan pul vəsaitlərinin çıxarılmasını bir gün müddətinə qədər qısaltmışdır və pul vəsaitlərini çıxarmaq üçün hər hansı gizli xərclər yoxdur.

Treyderlərin maarifləndirilməsi

Treyderlərin maariflənməsi baxımından, IQ Option təlim videolarının tam paketini təqdim etmişdir. Video bölməsində treydinqlə məşğul olmaq üçün texniki göstəricilərdən istifadəni başa salmaq məqsədi daşıyan “CFD nədir?” kimi bir çox mövzuları əhatə edən onlarla video var.

Müştəri dəstəyi

IQ Option-da Müştəri dəstəyi bölməsi 24/7 rejimində çalışır. Dəstək komandası ilə e-poçt, internet səhifəsindəki forma, canlı çat və ya birbaşa telefon vasitəsilə zəng edərək əlaqə saxlaya bilərsiniz. Telefon dəstəyi üçün dünyada bir çox ölkə üçün yerli dəstək nömrələri təmin edilib.

Nəticə

IQ Options tərəfindən təklif olunan xidmətlər və məhsullar, onlayn treyderin ehtiyac duyduğu hər şeyi əlçatan edir. Pulsuz demo hesabı və aşağı depozit tələbi ilə IQ Options treyderin həyatını stressdən uzaq saxlamaq öhdəliyini nümayiş etdirir. IQ Option istifadəyə verilməzdən əvvəl maliyyə treydinq platformalarının heç biri pulsuz demo hesab xidməti təmin etmirdi. Əslində bir çox platformalarda treyder qeydiyyatdan keçdikdən və hesabına müəyyən məbləğdə pul vəsaiti qoyduqdan sonra demo hesabdan istifadə edə bilirdi. Ancaq IQ Option platformasında belə deyil. Bu broker platformada qeydiyyatdan keçən istənilən treyderin işini asanlaşdırıb. O göstərdiyi xidmətlərin keyfiyyətindən əmindir və bununla treyderlərin rəğbətini qazanacağına ümid edir.

Please rate this

Bir cavab yazın